XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 December 2015 - 15:20

Deputatlığa keçmiş namizəd işdən çıxarıldı – Bəxtiyar Əliyevin rəqibi ilə bağlı müəmma

Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasova tutduğu vəzifədən azad edilib.

Hələlik Gülnar Abbasovanın hansı səbəbdən işdən çıxarıldığı bildirilmir.

Xatırladaq ki, uzun müddətdir bu səhiyyə müəssisəsinə rəhbərlik edən Gülnar Abbasova son parlament seçkilərində deputatlığa namizəd olub.  olke.az

Strateq.az bildirir ki, 118 saylı Ağdam Seçki Dairəsindən YAP-ın namizədi olmuş G.Abbasova deputat Bəxtiyar Əliyevin rəqibi olub. O, seçki zamanı rəqibinin xeyrinə edilən saxtakarlıqdan hətta media mənsublarına da şikayətlənib. Elə buna görə də, Gülnar Abbasovanın vəzifəsini itirdiyini deyənlər də var.