XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

23 Sentyabr 2017 - 13:09

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir- Sabah

Sabah ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin regiona rəsmi səfəri başlayır. 

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, diplomatın səfəri sentyabrın 30-dək davam edəcək. 
K.Vigenin Azərbaycan, Gürcüstan və Ermənistanda hökumət rəsmiləri, parlamentarilər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə regionda uzun müddət davam edən münaqişələrin sıravi insanların həyatına təsiri ilə bağlı müzakirələr aparacaq. 

“Atəşəkəsin pozulması hallarının statistikasını unutmaq çox asandır. Bölgədəki insanlar üçün bu abstrakt məfhum deyil, amma bu, onların rifahına həqiqətən təsir edir. Ümidvaram ki, uzun müddət davam edən münaqişələrin insan həyatına təsiri diqqət mərkəzində olacaq”, – K.Vigenin deyib. 
Onun sözlərinə görə, parlamentarilərin danışıqları münaqişənin həllində əhəmiyyətli rol oynaya bilər.