2020-ci ildə internetə qoşulan qurğuların sayının hazırkı 8,5 milyarddan 24 milyardadək artacağı proqnozlaşdırılır.
Azərtac xəbər verir ki, bu barədə “Business Insider” nəşrində bildirilir.
Məlumata görə, 2020-ci ildə Yer kürəsi əhalisinin hər birinə dörd internetə qoşulan qurğu düşəcək.
Siyahıya həm ənənəvi telefon, planşet və fərdi kompüterlər, həm də “ağıllı” saatlar, “ağıllı” televizorlar və internetə qoşulan soyuducular daxil olacaq.