XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 September 2017 - 18:17

Azərbaycan Gürcüstandakı meşə yanğınının söndürülməsi üçünhelikopter göndərib

Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.
 
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya  dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.