“Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq”.
Lent.az-ın Modern.az-a istinadən xəbərinə görə, bu barədə Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazova deyib.
O bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.
“Çatdırılma məsələsi gələn həftənin ikinci günü həyata keçiriləcək və bundan sonra morq mənə çatdırılmanın yerinə yetirilməsini təsdiq edən sənədi göndərəcək. Həmin sənəddə çatdırılmanın dəqiq vaxtı və saatı qeyd olunacaq. Sənədləşməyə əsasən, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsi