XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2017 - 12:49

General Mədət Quliyev:“Onlar Azərbaycanda yenə terror aktları həyata keçirməyə planlaşdırırlar”

"Azərbaycanda teror planlaşdıranların qarşısı alınır"

Bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytnant Mədət Quliyev bildirib. M. Quliyev deyib ki, azərbaycanlı gənclərin radikal dini qruplara qoşulmaması üçün maarifləndirici tədbirlər aparılır: “Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edir. Xalqımız prezidentimizin ətrafında sıx birləşib. Təbii ki, belə bir şəraitdə gedib qara işlərlə məşğul olmaq düzgün deyil".

 M. Quliyev deyib ki, Azərbaycanda terror etməyə cəhd edən xeyli sayda qüvvələr olub: “Amma belə terror hazırlıqların qarşısı vaxtında əməkdaşlarımız tərəfindən alınıb. Təbii ki, onlar yenə də belə terror aktları həyata keçirməyə planlaşdırırlar. Amma Azərbaycanın hüquq-mühafizə orqanları bu gün dövlət başçısının tələblərini yerinə yetirirlər və belə tədbirlərin qarşısını vaxtında alırlar”.