XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 15:00

DTX-nın Mədəniyyət Mərkəzində “Klassik Yoqa Məktəbi”nin açılışı olub –FOTO

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Klassik Yoqa Məktəbi”nin açılışı olub.

Açılış mərasimində DTX-nın rəisi Mədət Quliyev, Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana və digər qonaqlar iştirak edib. Tədbirdə çıxış edən Mədət Quliyev deyib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasət onun davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bunun nəticəsidir ki, bu gün Azərbaycanda bütün sahələrdə inkişaf var. Məhz bu mərkəzdə belə məktəb açılması da sevindirici haldır. Yoqa nə idman, nə də siyasətdir. Bu, sadəcə sağlamlıq üsuludur. Dövlət başçısı əhalinin sağlamlığı üçün əlindən gələni edir. Bu da o istiqamətdə atılan addımlardan biridir".

Səfir S.Rana da öz növbəsində Azərbaycanla Hindistan arasında hər sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Qeyd edək ki, məktəbdə dərsləri 2009-cu ildə Polşada Belnəlxalq Şivananda Yoqa Vedata Mərkəzində təhsil almış, Yoqa Şiromani tituluna və diplomuna sahib olan Elçin Quliyev keçəcək.(Unikal.org)