XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 22:58

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb –Nazirlikdən açıqlama

24 sentyabr 2017-ci il tarixində axşam saat 18-10 radələrində Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Tala meşəbəyliyinin 3 saylı dolayının yüksək dağlıq ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının ciddi səyləri nəticəsində artıq lokallaşdırılıb.

 Strateq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bidirilib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən yanğınsöndürən maşınların həmin sahəyə qalxması mümkün olmayıb: "Yanğının söndürülməsində yalnız əl əməyindən istifadə edilib. Yanğın nəticəsində quru ot örtüyü və kol-kos yanıb".

 Hazırda yanğının tam söndürülməsi istiqamətində operativ tədbirlər görülür.