XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2017 - 15:18

BP-nin Bakıdakı baş ofisində yanğın –Bütün personal təxliyyə edilib YENİLƏNİB

 

BP-nin Bakıdakı baş ofisində tüstülənmə olub.

"Report"un əməkdaşı xəbər verir ki, əraziyə yanğınsöndürənlər gəlib. BP-nin bütün işçiləri binadan təxliyyə edilib.

Qeyd edək ki, ofis Neftçilər prospektində yerlləşir.

***

Bakıda BP şirkətinin ofisində tüstülənmə olub.

Trend-in məlumatına görə, hadisə şirkətin paytaxtın Neftçilər prospekti 153 ünvanında yerləşən ofisində baş verib.

Şirkətin binasının birinci mərtəbəsindəki idman zalında naqillərdə qısaqapanma olub. Qısaqapanma ilə əlaqədar şirkətin binada olan bütün işçiləri təxliyə edilib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən briqadası cəlb edilib və qısaqapanmanın yanğına keçməsinin qarşısı alınıb.

BP şirkətindən Trend-ə bildiriblər ki, hadisənin qarşısı tam alınıb və naqillərdəki problem aradan qaldırılıb. Hazırda binada iş davam edir.