Azərbaycanda islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin olunmayacaq.
“Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 49-cu (islah işləri) maddəsinə yeni bənd əlavə edilir. 49.4-cü maddəyə əsasən, islah işləri birinci qrup əlillərə və hərbi qulluqçulara təyin edilmir. Cinayət Məcəlləsindəki dəyişiklik layihəsi Milli Məclisin deputatlarının müzakirəsinə verilib.