XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 13:34

“Prezident siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb” – Deputat

turme.jpg

“Gözlənilən növbəti əfv fərmanı ilə bağlı səsləndirilən rəqəmlər dəqiq deyil”.

Bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib.

A.Quliyev açıqlamasında əfvlə bağlı konkret rəqəm söyləməyib. Əfvlə bağlı bütün səlahiyyətlərin prezidentə məxsus olduğunu bildirən A.Quliyev vurğulayıb ki, dövlət başçısı belə məqamlarda həmişə çox böyük humanistlik göstərib:

“Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o, siyahıya əlavələr edib. Ona görə də əminik ki, prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq. çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək. Onları ailələrinə qovuşduracaq. Bununla da onların ailələrinə ikiqat sevinc bəxş edəcək”.

Trend.az