XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 12:56

Rusiyanın baş naziri Yerevana gedəcək –İclas üçün

Rusiyanın baş naziri Dmitri Medvedev oktyabrda Yerevana səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının növbəti iclasına qatılacaq.

Dmitri Medvedevin Yerevana səfəri Ermənistan baş nazirləri üçün “taleyüklü” də sayıla bilər. O, ötən il Yerevana səfərini təxirə salıb. Bu səfərin reallaşması müddəti uzun çəkib. O vaxtki baş nazir Ovik Abramyan istefaya getdikdən sonra Dmitri Medvedev Ermənistana səfərini reallaşdırıb.

Ermənistanın hazırki baş naziri Karen Karapetyanın bu postda qalması məsələsi də 2018-ci ildə həll olunacaq. Ancaq Rusiya baş nazirinin səfərinin təxirə salınması haqqında məlumat yayılmayıb.