XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 15:30

“Roma” komandası “Qarabağ”la oyun üçün Bakıya gəldi –FOTO

Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ" klubu ilə qarşılaşacaq İtaliyanın "Roma" komandası Bakıya gəlib. 

"Report"un məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında "sarı-qırmızılar"ı bir qrup jurnalist qarşılayıb.

Futbolçular heç bir açıqlama vermədən onları gözləyən avtobusa yönəliblər.

Qeyd edək ki, bu axşam "Roma"nın Bakı Olimpiya Stadionunda məşqi və baş məşqçi Eusebio Di Françeskonun mətbuat konfransı keçiriləcək. Sentyabrın 27-də elə həmin arenada təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.