XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 15:36

Səfir:“Səudiyyə Ərəbistanı və Azərbaycan qardaşdır”

Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyi ölkənin milli baramı – Krallığın yaranmasının 85-ci ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edib.

Strateq.az-ın məlumatına görə, səfir Musaid bin İbrahim bin Abdullah Əl-Suleym çıxış edərək  bildirib ki, 1932-ci il sentyabrın 23-də ölkə birləşdirilərək, indiki adını alıb. Ölkəsinin keçdiyi inkişaf yolundan danışaraq, müxtəlif sahələri əhatə edən uğurlara imza atdığını vurğulayan diplomat deyib ki, bu gün Səudiyyə donor ölkələrdən biri olaraq inkişaf etməkdə olan ölkələrə 130 milyard dollardan çox yardım edib. Səudiyyə Ərəbistanı Həcc mərasiminin mərkəzidir. Bunun nəticəsində zəvvarların sayı 2,3 milyona çatıb. Krallığın dost ölkələrə xüsusi önəm verdiyini söyləyən səfir, Azərbaycanla bağlı əlaqələrə toxunub: “Bu il diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümünü qeyd edən Səudiyyə Ərəbistanını və Azərbaycanı qardaşlıq əlaqələri birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmətə, İslam irsinə və müştərək tarixə əsaslanır, Krallıq Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verir”.

Azərbaycan hökuməti adından Səudiyyə Ərəbistanı xalqını bayram münasibəti ilə təbrik edən İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Krallığının hər zaman Azərbaycana dəstək verdiyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəklədiyini, işğalçılıq siyasəti aparan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyini xatırladıb. O, ölkələrimiz arasında 20-yə yaxın sənədin imzalandığını, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlərin əlaqələrimizin hüquqi bazasının formalaşmasını təmin etdiyini qeyd edib. Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında investisiya, ticarət, nəqliyyat, mədəniyyət, gənclər və idman, elm və təhsil, aviasiya, turizm, informasiya və digər sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etməkdədir.

Strateq.az