XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 September 2017 - 16:53

Moskvada İspaniya konsulluğu boşaldıldı –Bomba həyəcanı

Rusiyada bomba qoyulması ilə bağlı anonim zənglər dalğası xarici diplomatik missiyalara da toxunub.

Bu gün Moskvada İspaniya konsulluğuna bomba qoyulması ilə bağlı anonim zəng daxil olub.

Zəngdən sonra binadan 30 əməkdaş təxliyə edilib. Təxliyədən sonra konsulluq ərazisində axtarışlar başlayıb.

Qeyd olunur ki, yarım saata yaxın davam edən axtarışdan sonra konsulluq işini adi rejimdə davam edib/Trend.