Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start veriləcək.
İk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxacaq.
E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edəcək. İlk tur “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkəcək.
Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gələcəklər. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanmağa çalışacaq.
Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanmağa çalıacaq. “Monako” isə “Portu”nu doğma divarlar arasında sınağa çəkəcək.
Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılacaq. “Borussiya” “Real”la üz-üzə gələcək. “Tottenhem” isə Kiprə səfər edəcək.
Qeyd edək ki, “Qarabağ” sabah “Roma”nı qəbul edəcək.
Oyunlar Bakı vaxtı ilə bu saatlarda keçiriləcək:
E qrupu
22:45. “Spartak” (Moskva, Rusiya) – “Liverpul”
22:45. “Sevilya” (İspaniya) – “Maribor” (Sloveniya)
F qrupu
22:45. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna)
22:45. “Napoli” (İtaliya) – “Feyenord” (Hollandiya)
G qrupu
22:45. “Beşiktaş” (Türkiyə) – “Leypsiq” (Almaniya)
22:45. “Monako” (Fransa) – “Portu” (Portuqaliya)
H qrupu
22:45. “Borussiya” (Dortmund, Almaniya) – “Real” (İspaniya)
22:45. APOEL (Kipr) – “Tottenhem” (İngiltərə)
27 sentyabr
C qrupu
20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)
22:45. “Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)
A qrupu
22:45. “Bazel” (İsveçrə) – “Benfika” (Portuqaliya)
22:45. MOİK (Rusiya) – “Mançester Yunayted” (İngiltərə)
B qrupu
22:45. PSJ (Fransa) – “Bavariya” (Almaniya)
22:45. “Anderlext” (Bekçika) – “Seltik” (Şotlandiya)
D qrupu
22:45. “Yuventus” (İtaliya) – “Olimpiakos” (Yunanıstan)
22:45. “Sportinq” (Portuqaliya) – “Barselona” (İspaniya)
Qol.az