Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz oktyabrın əvvəllərində Rusiyaya səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səfər zamanı bir çox müqavilələrin imzalanacağı gözlənilir.
Qeyd edək ki, bununla da tarixdə ilk dəfə bir Səudiyyə kralı Rusiyaya səfər etmiş olacaq/Axar.az