XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2015 - 07:20

Bakıda yanğın: 30 nəfər təxliyyə edildi

Bakıda çoxmənzilli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsinin girişində elektrik kabeli 15 p.m yanmış və ümumi sahəsi 5 kv.m olan plastik konstruksiyadan ibarət köməkçi otaq qarsalanmışdır.

Yanğın zamanı 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.