XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 07:23

Nazirlik əhaliyə müraciət etdi: “Zəng edin!”

 

 

 

 

 

 

Azərbaycan Fövqaladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Nazirliyin saytında yerləşdirilən müraciətdə deyilir:

“Hər birimiz üçün sevimli olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:

– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;

– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;

– ağac tezalışan oyuncaqla bəzədilməməli;

– qapalı məkanda atəşfəşanlıq edilməməlidir;

Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:

– şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;

– şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;

– pəncərədə dəmir barmaqlıq olmamalı;

– məkanın iki çıxışı olmalı;

– ehtiyat qapı üzərində “çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;

– otağın qapıları mütləq bayıra açılmalı;

– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;

– şənlikdə işıq tam söndürülməməli;

– şənliyə tezalışan materialdan paltar geyinilməməli;

– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”