XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 07:38

“Qarabağ”ın jesti “top-15″də

Rusiyanın “Futbol” telekanalı ilin diqqət çəkən futbol məqamlarını “top-15″də toplayıb.

Azərtac xəbər verir ki, telekanalın ən maraqlı 15 videosu arasında Azərbaycan Premyer Liqasının yeddinci turu çərçivəsində oynanılan “İnter”-“Qarabağ” qarşılaşması da yer alıb.

Həmin oyunda “Qarabağ” komandasının mübahisəli penaltini bilərəkdən rəqib qapısına vurmaması “Futbol” telekanalı tərəfindən təqdirəlayiq jest kimi qiymətləndirilib.

Xatirladaq ki, 11 metrlik cərimə zərbəsi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə kənara vurulmuşdu.