XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 10:18

Çempionlar liqası: “Beşiktaş”, “Real”, “Portu” uddu, “Liverpul”, “Borrusiya” isə… –Nəticələr

Ötən gecə UEFA Çempionlar Liqasında qrup mərhələsinin növbəti oyunları keçirilib

Strateq.az qol.az-a istinadən xəbər verir ki, E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. İlk turda “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkib və 3 cavabısz qolla qalib gəlib.

Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gəlib. Görüş ingilislərin qələbəsi ilə başa şatıb – 2:0. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanıb – 3:1.

Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanıb – 2:0. “Monako” doğma divarlar arasında gözlənilmədən "Portu"ya 3 qolla uduzub  – 0:3.

Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılıb. “Borussiya” “Real”la üz-üzə gəlib. Qonaqlar 3:1 heablı qələbə qazanıb. “Tottenhem” isə Kiprə səfərində APOEL-ə 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, “Qarabağ” bu gün “Roma”nı qəbul edəcək.