çeçenistanda “Qroznaya bitva 13” adlı döyüş gecəsi keçirilib.
Gecənin əsas görüşündə azərbaycanlı K-1 idmançısı Zabit Səmədov Avstraliyada yaşayan Polşa əsilli Pol Slavinskiylə üz-üzə gəlib.
üç raundluq görüş zamanı rəqibini üç dəfə nokdauna salan Z.Səmədov sonda hakimlərin yekdil qərarı ilə inamlı qələbə qazanıb. Bununla da Zabit Səmədov 2007-ci ildə Amsterdamda məğlub olduğu rəqibdən revanş almağı bacarıb.
Qeyd edək ki, qələbə münasibətilə Z.Səmədovu ilk olaraq çeçenistan prezidenti Ramzan Kadırov təbrik edib və ona son model “Mercedes” avtomobili bağışlayıb.
Azərtac