XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 14:16

Dövlət Komitəsi:"İslam həmrəyliyi deyəndə başqa dinlərə cəbhə açmağın tərəfində deyilik"

İslam həmrəyliyi deyəndə başqa dinlərə qarşı cəbhə açmağın tərəfində deyilik.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Türkiyədə “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda təşkil edilmiş beynəlxalq konfransla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, burada dostluq, qardaşlıq, sülh irəli sürülür: "İslam həmrəyliyi təkcə müsəlman coğrafiyasnda deyil, dünyada yayılmalıdır".

QMİ sədrinin müavini Salman Musayev isə deyib ki, dünyada gedən proseslər mənfi tendensiyalarla müşahidə edilir: “Müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamafobiya meyilləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün olurlar”.