XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 14:39

Robert Prosineçki:"“Roma” ilə oyunda möcüzə mümkünsüz görünür"

“Roma” ehtiyatlı oynasa, qalib gələcək”.

Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Xorvatiyalı çalışdırıcı İtaliya mətbuatına açıqlama verib. O, Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasında “Roma” ilə keçirəcəyi oyun haqda danışıb.
 
Prosineçki Ağdam klubunu çətin matç gözlədiyini bildirib: “Futbolda möcüzələr olur. Amma “Roma” ilə oyunda bu, mümkünsüz görünür. Çünki “Qarabağ” hər dəfə Çempionlar Liqasının qrupunda oynamır. Düzdü, ölkə çempionatında illərdi dominantlıq edir. Lakin orda rəqabətlə üzləşmir. Azərbaycanda futbola böyük investisiyalar qoyulmur. Yalnız “Qarabağ” fərqlənir. Amma onun da çempionatda öz səviyyəsində rəqibləri yoxdu”.
 
48 yaşlı məşqçi “Qarabağ”ın və Azərbaycan yığmasının üzvü Riçard Almeyda haqda da danışıb: “Qarabağ”ın heyətində, xüsusən, Almeyda xoşuma gəlir. O, çox ağıllı futbolçudu, topla əla rəftar edir. Almeyda “Qarabağ”ın və Azərbaycan yığmasının düşünən beynidi”.