XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2015 - 13:58

Ət də bahalandı

Bakıdakı ət satışı mağazalarında qəssablar qiyməti qaldırıblar. Mal və qoyun ətinin qiyməti satış yerindən asılı olaraq 1-2 manat qalxıb.

Qəssablar ətin qiymətindəki artımı ölkəboyu yaşanan bahalaşma dalğası ilə əlaqələndiriblər. Eyni zamanda bildiriblər ki, bahalaşmanın bundan sonra da davam edəcəyi istisna deyil.

Hazırda Bakıda satış yerindən asılı olaraq mal əti 7-8 manata, qoyun əti isə 9-11 manata satılır.

Modern.az