XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2017 - 15:53

Prosineçki millinin heyətini açıqladı –Çexiya və Almaniya ilə oyuna 24 futbolçu çağırıldı + SİYAHI

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsində oktyabrın 5-də Çexiya, 8-də isə Almaniya yığması ilə qarşılaşacaq milli komandamızın heyətini açıqlayıb.

Strateq.az AFFA-ya istinadən xəbər verir ki, baş məşqçi Robert Prosineçki 24 futbolçuya dəvət göndərib.

Qapıçılar: Kamran Ağayev (“Mlada Boleslav”, Çexiya), Anar Nəzirov  (“Zirə”), Emil Balayev (“Səbayıl”)

Müdafiəçilər: Tərlan Quliyev (“İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı “Qarabağ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyəv, Ruslan Abışov (hər ikisi “Neftçi”), Ürfan Abbasov (“Qəbələ”)

Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı “Qarabağ”), Dmitri Nazarov (“Aue”, Almanya), Təmkin Xəlilzadə (“Zirə”), Cavid Hüseynov (“Qəbələ”), Araz Abdullayev (“Anortosis”, Kipr) Namiq Ələsgərov (“Neftçi”)

Hücumçular: Ruslan Qurbanov (“Qəbələ”), Ramil Şeydayev (“Qarabağ”), Renat Dadaşov (“Ayntraxt”, Almanya)