XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2017 - 17:09

Hindistan səfirliyi Bakıda ağacəkmə aksiyası keçirəcək –Açıqlama + FOTO

Hindistanın Bakıdakı səfirliyi bu həftə hind icması və azərbaycanlı tələbələrin iştirakı ilə “Təmizlik xidmətdir” kampaniyası çərçivəsində  ağacəkmə aksiyası keçirəcək.

Strateq.az xəbər verir ki, tədbir 15 sentyabr -2 oktyabr tarixlərində keçirilən “Swachhta Hi Seva (SHS)”- (“Təmizlik xidmətdir”) kampaniyası çərçivəsində təşkil olunur. Tədbir BMT tərəfindən təsdiq olunaraq hər il oktyabrın 2-sində bütün dünyada “Beynəlxalq Qeyri-Zorakılıq Günü” kimi qeyd edilən Mahatma Qandinin doğum günü münasibətilə təşkil olunacaq.

Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana bildirib ki, Mahatma Qandi təmizliyin əhəmiyyətinə önəm verərək  “Təmizlik Allahdandır” deyirdi. Hindistanın Baş Naziri Narendra Modi natəmizliklə mübarizə aparmaq və açıq defekasiya kimi köhnə vərdişləri dəyişməklə 2019-cu ildə qeyd olunacaq Mahatma Qandinin 150-ci ildönümünədək  təmiz Hindistana nail olmaq məqsədilə bütün Hindistan ərazisində kampaniya başladıb. Baş Nazir Modi açıq defekasiyanın qarşısını almaq üçün Hindistanın bütün kənd evlərində ayaqyoluların tikilməsini təşviq edib.

Təmiz Hindistan Missiyası və SHS kampaniyası insanlar, xüsusilə də gənclər arasında böyük marağa səbəb olub və bütün Hindistanda tanınıb. Təmiz Hindistan Missiyasına əsaslanan “Toilet –Ek Prem Katha” adlı son Bollivud filminin uğurlu populyarlığı kassalarda nəzərə çarpıb.

“Swachhta Hi Seva” kampaniyası çərçivəsində Hindistanın Azərbaycandakı Assosiasiyası, yerli QHT-lər və azərbaycanlı tələbələrin iştirakı ilə bazar günü, 1 oktyabr, 2017-ci il tarixində Bakı şəhəri yaxınlığında botanika bağında təmizlik və ağacəkmə aksiyası keçiriləcək.

L.SƏMLA

Strateq.az