XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 19:53

Bakıda avtomobillərin parklanmasına görə yeni ödəniş üsulu

Bakıda avtomobil sahibləri yaxın vaxtlarda təmassız stikerlərin vasitəsilə parklanmaya görə ödəniş edə biləcəklər. Bunu “Trend”-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, “Azərpoçt”un poçt şəbələrində və banklarda (“Unibank” “Express Bank”, “AtaBank və s.) xüsusi stikerləri almaq mümkün olacaq. Bir stikerin qiyməti 0,50 manatdan artıq təşkil etməyəcək.

İstənilən rahat qurğunun köməyi ilə stikerin balansını doldurmaq mümkün olacaq. Bunlar “Bakı Kart” balans doldurma üçün aparatlar, nağd vəsaitlərin qəbulu üçün ödəniş terminalları (“MilliöN, “eManat”, “ExpressPay” və s.) ola bilər.

Mənbə qeyd edib ki, parkomatların interfeysi təmassız ödənişləri dəstəkləyir: “Parklanmaya görə yeni ödəniş vasitəsi parkomatların mövcud funksionalından istifadə etməyə imkan verəcək”.