XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 19:11

“Bavariya”nın baş məşqçisi istefaya göndərildi –  Klubdan açıqlama

Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti istefaya göndərilib. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Münhen təmsilçisi müvəqqəti olaraq köməkçi-məşqçi Villi Sanyola həvalə olunub. O, komandanı Bundesliqanın VI turunda “Herta” ilə görüşə çıxaracaq. Bundan sonra yeni baş məşqçinin adı açıqlanacaq.

Qeyd edək ki, “Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub. Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir. Onun komandası ötən mövsüm ölkə çempionu olub/Report.