Türkiyənin müstəqillik referendumundan narazı olmasına baxmayaraq, Kürdüstanla sərhədləri bağlamayacaq.
Bu sözləri Ərbil valisi Nevzad Hadi deyib.
“Türkiyə sərhədi bağlamayacağını əvvəlcədən bildirdi. Buna heç bir səbəb yoxdur”, – Hadi bildirib.
Qeyd edək ki, referendumdan sonra iki ölkə arasında yerləşən Habur sərhəd-keçid məntəqəsinin bağlanacağı ilə bağlı məlumatlar yayılmışdı/Axar.az.