Ərdoğan Səudiyyəyə gedir – Kralla görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əs-Səudun dəvəti ilə 29-30 dekabr tarixlərində bu ölkəyə səfər edəcək.
Bu barədə “Trend” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Keçiriləcək görüşdə ölkələr arasında münasibətlər, həmçinin aktual regional mövzuları ətrafında müzakirələr aparılacaq.