XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 03:36

Neftin qiyməti düşməkdə davam edir – “AzeriLayt” isə 38,05 dollar oldu
neft-88.jpg
 
Dünya birjaları ilin son həftəsinə cüzi ucuzlaşmalarla başlayıb.
 
ANS PRESS-in məlumatına görə, hazırda bazarlarda “Brent” markalı neftin qiyməti son göstəricilərə nisbətən ucuzlaşaraq 37.82 dollara düşüb. 
 
“Texas” neftinin “Brent” qarşısındakı üstünlüyü davam etsə də, bu markada da ucuzlaşma olub. Belə ki, birjalarda “Texas” (WTI) markalı neftin bir barreli 37.95 dollar olaraq müəyyənləşib.
 
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə ötən həftənin son günü 0.58 dollar bahalaşaraq 38,05 dollar təşkil edib.
 
Əmtəə birjalarında da qiymətlərdə müxtəlif istiqamətlərdə dəyişikliklər müşahidə olunur. Qızılın qiyməti cüzi ucuzlaşma ilə 1 qramı 34,56 dollar olub. Gümüşün qiyməti isə bahalaşaraq 1 qram üçün 0.46 dollar müəyyənləşib.