XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 10:28

İŞİD-dən xilas edilən uşaqların Azərbaycandakı babası tapıldı –XİN

“Valideynləri İŞİD-ə qoşulan azərbaycanlı uşaqlar Abdulla və Xədicənin Azərbaycana gətirilməsi üçün danışıqlar davam etdirilir”.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O qeyd edib ki, Azərbaycanın İraqdakı diplomatik korpusu məsələni gündəmdə saxlayır: “Uşaqların Azərbaycanda babası və digər qohumları müəyyənləşib. Azyaşlıların valideynlərinin kimliyinin, Azərbaycanda olan şəxslərlə yaxın qohumluq əlaqələrinin dəqiqləşdirilməsi ilə ölkəyə gətirilməsi və qohumlarına təhvil verilməsi üçün lazımi işlər görülür. İraqdakı Azərbaycan səfirliyinin bu ölkənin müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları və təmasları davam etdirilir”.

H.Hacıyev bildirib ki, yalnız bu deyil, digər məsələlərlə bağlı İraqın müvafiq orqanları ilə danışıqlar aparırlır. Məsələ Azərbaycan Xarici İşlər Nazirliyinin diqqətindədir. Xatırladaq ki, adıçəkilən körpələr İraqın Telafer şəhərindən xilas edilərək, Bağdada gətiriliblər. İlk dəfə Rusiya televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.

Onların valideynlərinin İŞİD terror təşkilatına qoşulduğu və daha sonra öldürüldüyü bildirilir.