XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 10:51

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin rəhbərləriniqəbul edib -FOTO

Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin 25 illik yubiley tədbirində, Bakıda keçirilən Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında, MDB, Baltikyanı ölkələr və Gürcüstan Milli Olimpiya komitələrinin regional forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Avropa Olimpiya Komitəsinin, beynəlxalq idman təşkilatlarının və xarici Milli Olimpiya komitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib.