XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 12:24

Azərbaycanın axtarışa verdiyi türk vətəndaşları –Baş nazir yardımçısının danışmanı, “Yeni Şəfəq” in yazarı və solçu Qarabağa niyə gedib?

Məlum olduğu kimi sentyabrın 22-də Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər.

Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu çəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bəs Dağlıq Qarabağa gedən bu Türkiyə vətəndaşları kimlərdir? Strateq.az  adları çəkilənlər barədə kiçik araşdırma aparıb.

Ufuk Uras Türkiyə Böyük Millət Məclisinin sabiq deputatıdır.  58 yaşlı Aras 2007-ci ildə İstanbuldan müstəqil millət vəkili seçilib. Deputat olduğu vaxtda Özgürlük və Dayanışma Partiyasının, sosial-demokrat yönümlü Barış və Demokratiya Partiyasının üzvü olub. Əslən Sivasdan olan Uras deputat seçilənə qədər İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin siyasət və beynəlxalq münasibətlər kafedrasında doktor olaraq çalışıb.  Solçu baxışlı Uras bir sıra kitabların müəllifidir. Onların arasında “İdeologiyaların sonu çatdımı?”, “Qurtuluş savaşında sol”, “Küçədən parlamentə” və s kitabları göstərmək olar.

2008-ci ildə Özgürlük və Dayanışma Partiyasının sədri seçilib, 2009-cu ildə partiyadaxili seçkilərdə məğlub olaraq bu postu tərk edib. Həmin il partiya sıralarından istefa verib. Parlament deputatı kimi  kürdpərəst Barış və Demokratiya Partiyasının qrupuna qatılıb. 2012-ci ildə Yaşıllar və Sol Gələcək Partiyasını qurub.

Köşə yazarı Əli Bayramoğlu 1956-cı ildə anadan olub. İstanbul və Mərmərə Universitetinin məzunudur. 1990-cı ildən müxtəlif qəzet və jurnallarda siyasi analizlər yazır. Onun təhlilləri  “Yeni yüzil”, “Star”, “Sabah” və s. qəzetlərində mütəmadi dərc olunub. Əli Bayramoğlu 2001- 2016-cı illərdə AKP meyilli “Yeni Şəfəq” qəzetinin köşə yazarı olub. Ötən ildən qəzetlə əməkdaşlığını dayandırıb.

66 yaşlı Erol Katırçıoğlu  1981-86 cı illərdə ABŞ-ın Viskonsin Universitetində oxuyub. 1995-ci ildən iqtisadiyat üzrə professordur. 1991-ci ldə Türkiyənin 49-cu hökumətində baş nazirin müavini Ərdal İnönünun iqtisadi danışmanı vəzifəsini tutub. Hazırda  “Taraf” qəzetinin köşə yazarıdır.

Strateq.az