XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2015 - 05:20

Putinin sitatları yeni il hədiyyəsi kimi verilir

putin gul.jpg

Kreml minlərlə siyasətçi və məmur üçün özünəməxsus yeni il hədiyyəsi edib. Onlara Rusiya prezidenti Vladimir Putinin sitatları toplusu olan “Dünyanı dəyişən sözlər” kitabı göndərilib. Kitab dövlətdən qrant alan “Şəbəkə” hərəkatı tərəfindən nəşr olunub.

Kremlin siyasətçi və məmurlara V.Putinin sitatlar toplusunu oxumasını tövsiyə etməsi ilə bağlı ötən həfənin sonunda Prezident Administrasiyasında keçirilən müşavirə iştirakçılarından biri RBK agentliyinə məlumat verib. Bu müşavirədə aralarında Duma, Federasiya Şurası, İctimai Palata üzvlərinin olduğu 50 nəfər iştirak edib. Müşavirəni administrasiya rəhbərinin müavini Vyaçeslav Volodin keçirib. O bildirib ki, “prezidentin sitatlar toplusu hər bir siyasətçinin stolüstü kitabı olmalıdır”.

Müşavirə iştirakçılarına da  bu kitab yeni ilə hədiyyəsi kimi verilib. Sonra isə digər siyasətçi və məmurlara göndərilib. Bir neçə deputat bu kitabı aldıqlarını təsdiqləyiblər.

Kremldən də RBK agentliyinə kitabın məmur və siyasətçilərə göndərildiyini təsdiqləyiblər.

Strateq.az