Prezident İlham Əliyev görkəmli alim Lütfi Zadə ilə vida mərasiminə gəlib.
APA-nın məlumatına görə, mərasimə dövlət və hökumət üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri də qatılıb. Mərasim AMEA-nın əsas binasında keçirilir.
Dünya şöhrətli alim sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. Onun cənazəsi sentyabrın 29-da gecə Bakıya gətirilib.