XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 12:39

Rəsmi Bakı Kürdüstandakı referendumu tanımadı:“İraqın ərazi bütövlüyünü dəstəkləyirik”

"Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir".

 Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.

 "Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır", – deyə H. Hacıyev bildirib.