XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 13:14

Lütfi Zadə ilə vida mərasimi başlayıb –Dövlət və hökumət rəsmiləri dahi alimlə vidalaşmağa gəlib +FOTOLAR

Böyük alim Lütfi Zadə İlə vida mərasimi başlayıb.

 APA-nın məlumatına görə, mərasimdə AMEA-nın prezidenti Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və başqaları iştirak edir.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, Lütfi Zadənin əldə etdiyi nailiyyətlər əsasında dünya elminin müxtəlif istiqamətləri inkişaf edib: "Lütfi Zadə Amerikada yaşasa da, Azərbaycana çox bağlı olub. O, son dəfə 2008-ci ildə Bakıya gəlmişdi. Onda Milli Elmlər Akademiyasında çox mühüm mühazirə ilə çıxış etmişdi. O, Azərbaycanın gündən-günə gözəlləşən sosial, elmi, iqtisadi şəraiti lilə fəxr edirdi. Lüfi Zadənin böyük elmi məktəbi var idi. Lütfi Zadə məktəbi Azərbaycanda da təşəkkül tapmışdı. Onun vəfatı dünya və Azərbaycan elmi ictimaiyyətini kədərləndirir". 

Mikayıl Cabbarov isə deyib ki, onun son arzusu Vətənində torpağa tapşırılmaq olub: “Bu, onu göstərir ki, son nəfəsinə qədər Azərbaycanla yaşayıb. Onun dünya elminə verdiyi töhfələr misilsizdir. O bizim böyük alimlərlə birlikdə öz adını Azərbaycan elminin və dünya elminin tarixinə qızıl hərflərlə yazdırıb. Bu gün Azərbaycanda Lütfi Zadənin elmi nailiyyətlərini davam etdirən gənclər yetişir".