XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 08:41

Məhkəmə Razi Nurullayevin AXCP ilə bağlı iddiasını icraata götürmədi

razi.jpg

Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı iddiasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi icraata götürməyib.

Bu barədə apa.az-a açıqlamasında R.Nurullayevin müavini Mehman Muradlı bildirib.

M.Muradlı deyib ki, məhkəmə bu iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmasının mümkün olub-olmamasına baxıb. Məhkəmə İnzibati-Prosessual Məcəlləyə əsasən, iddiaçıya Bakı Apelyasiya Məhkəməsinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də, R. Nurullayevin rəhbərlik etdiyi AXCP isə oktyabrın 18-də qurultay keçirib, hər iki tərəf qurultayın nəticələrinin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi isə, tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə edib.