XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 17:59

Gürcüstanın hakim partiyası azərbaycanlıların sıx məskunlaşdığı bölgə üzrənamizədlərini açıqlayıb

Gürcüstanın hakim "Gürcü Arzusu" partiyası azərbaycanlıların sıx məskunlaşdığı Kvemo Kartli bölgəsi üzrə icra başçıları vəzifələrinə namizədlərini rəsmən təqdim edib.
 
APA-nın yerli bürosu xəbər verir ki, Rustavi şəhərində keçirilmiş tədbirdə baş nazir Giorgi Kvirikaşvili bölgədə son illər həyata keçirilmiş sosial-iqtisadi, infrastruktur layihələr, SOCAR və digər şirkətlərin həyata keçirdiyi investisiyalar barədə danışıb. Onun sözlərinə görə, Kvemo Kartli bölgəsinin böyük iqtisadi potensialı var və hazırda bir sıra layihələrin həyata keçirilməsi davam etdirilir.
 
O, hakim partiyanın namizədlərini bölgə sakinlərinə təqdim edərək seçiciləri qarşıdan gələn seçkilərdə fəal olmağa çağırıb. 
 
Hakim partiya Kvemo Kartli bölgəsində Rustavi şəhərinin meri vəzifəsinə İrakli Tabağua, Qardabani rayon icra hakimiyyəti başçısı vəzifəsinə Ramaz Budaqaşvili, Marneuli rayon icra hakimiyyəti başçısı vəzifəsinə Temur Abazov, Bolnisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Davit Şerazadişvili, Dmanisi rayon icra hakimiyyəti başçısı vəzifəsinə Giorgi Tatuaşvili, Tsalka şəhərinin meri vəzifəsinə İlya Sabadze, Tetritskaro şəhərinin meri vəzifəsinə isə Giorgi Koridzenin namizədliyini irəli sürüb.
 
Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər oktyabrın 21-də keçiriləcək.