XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 18:53

Azərbaycan ağır atletləri beynəlxalq yarışlardaiştirakdan kənarlaşdırılıb

Ağır atletika üzrə Azərbaycan yığması bir il müddətinə beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsinin saytında dərc olunan qərarda bildirilir.

Azərbaycan yığması ilə yanaşı beynəlxalq turnirlərdə Qazaxıstan, Rusiya, Belarus, Ermənistan, Türkiyə, Ukrayna və Moldova idmançıları da iştirak edə bilməyəcəklər.

2008 və 2012-ci illər yay olimpiya oyunları zamanı götürülən dopinq nümunələrinin təkrar yoxlanılması nəticəsində bu ölkələrin yığmaları üç və daha artıq müsbət nəticə veriblər.

Beləliklə, göstərilən ölkələrin milli komandaları 28 Noyabr – 5 Dekabr tarixlərində Amerikanın Anahaym şəhərində keçiriləcək dünya çempionatını buraxmalı olacaq.