XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 20:34

Azərbaycan Premyer Liqası:"Səbail" "Sumqayıt"a məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Hesabı 10-cu dəqiqədə Azər Salahlı açıb. 60-cı dəqiqədə isə Amil Yunanov ikinci qolu vurub.

Bununla da xallarını 10-a çatdıran "Sumqayıt" 4-cü pilləyə yüksəlib. "Səbail" isə 6 xalla 6-cı pillədə qalıb.

Turun ilk iki oyunu da qonaqların eynihesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi" səfərdə "İnter"ə, "Kəpəz" isə "Qəbələ"yə qalib gəlib – 2:0. Tura oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – "Zirə" matçı ilə yekun vurulacaq. Oyun saat 18:00-da başlanacaq.