XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 22:18

Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq- Türkiyədə

Türkiyənin Antakya bölgəsində konfrans verən millət vəkili Qənirə Paşayeva Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan, Kırıkhan bələdiyyə başqanı Ayhan Yavuz, Yayladağı kaymakamı ilə görüşüb.
 
APA-nın məlumatına görə, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağı və Kırıkhanın da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçıları ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Yayladağı və Kırıkhanın mərkəzi küçələrindən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə inandığını deyib və Yayladağı və Kırıkhan bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.
 
Azərbaycanı çox sevdiklərini deyən Yayladağı bələdiyyə başçısı Hacı Mehmet Kalkan və  Kırıkhan bələdiyyə başqanı Ayhan Yavuz Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəklərini deyiblər. Onlar həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduqlarını və Qənirə Paşayevanın Yayladağı və Kırıkhanda Azərbaycan küçəsi və Qarabağ parkı abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyiblər.
 
Yayladağı və Kırıkhan bələdiyyə başkanlarına və rəsmilərinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Turan yolçusu" və “Aşk yolçusu” kitablarını hədiyyə edən millət vəkili onları Azərbaycana dəvət edib.
 
Azərbaycanı çox sevdiklərini deyən bələdiyyə başkanları və Yayladağı kaymakamı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəklərini bildiriblər.