XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Oktyabr 2017 - 11:38

Rustavi-Qırmızı Körpü magistral yoluyenidən qurulacaq

Gələn il Gürcüstanın əsas magistral yollarından biri olan Rustavi – Qırmız Körpü magistralı əsaslı təmir olunacaq.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirib.
Baş nazir deyib ki, yol Kvemo Kartli bölgəsinin inkişafında mühüm rol oynayır. Bölgədə 19 yeni müəssisə açılıb və bu günə qədər fəaliyyətdə olan 131 müəssisə isə fəaliyətini daha da genişləndirib. Regionun inkişafı üçün bir sıra tədbirlər görüləcək, investisiya mühiti daha da yaxşılaşdırılacaq, yol infrastrukturu yaradılacaq.

Rustavi-Qırmızı Körpü yolunun təmiri də bu işlər planına daxildir. Bu yolun təmirinə və yenidən qurulmasına təqribən 322 milyon GEL( təqribən 130 milyon dollara yaxın) vəsait xərclənəcək. Eyni zamanda, Rustavi-Sadaxlo magistralı da yenidən qurulacaq. Bu yolun təmirinə 285 milyon GEL xərclənəcək.
Hökumət başçısının sözlərinə görə, regionun elektrik enerjisi ilə təminatına da xüsusi diqqət yetiriləcək. Yenicə istifadəyə verilmiş "Marneuli 500" elektrik yarımstansiyası (20 milyon dollar) bölgənin elektrik enerjisinə olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində mühüm rol oynayır. Yeni yarımstansiyaların tikintisi də nəzərdə tutulub.

Baş nazir onu da bildirib ki, Dmanisi, Bolnisi, Marneuli, Tetriskalo, Tsalka rayonlarında da su, enerji təchizatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüləcək.