XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Oktyabr 2017 - 11:56

Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilənqanvermə aksiyasında iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

"Report" xəbər verir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.

QMİ sədri ilə yanaşı, qanvermədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri də iştirak edib.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bölgələlər də daxil olmaqla, 17 məsciddə qanvermə aksiyası keçirilir.