XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 October 2017 - 12:44

Yağış, leysan, sulu qar…- Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir  güclənəcək.
 
Havanın temperaturunun gecə  14-16° isti, gündüz  16-18° isti,  Bakıda gecə  14-16°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq. 
 
Azərbaycanın rayonlarına oktyabrın 2-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  9-14°, gündüz  15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.