XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 18:10

Dövlət başçısı İlham Əliyev Almaniya prezidentini təbrik etdi:“Bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik”

Prezident İlham Əliyev  Almaniya Federativ Respublikasının milli bayramı günü münasibəti ilə prezident Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı anlaşmaya və konstruktiv dialoqa əsaslanan siyasi əlaqələrimiz iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, eləcə də çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və rifah arzulayıram”.