XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

03 Oktyabr 2017 - 09:06

Las-Veqasda qətliam törədən şəxsin evində axtarış –18 ədəd odlu silah aşkarlanıb

Las-Veqasda qətliam törədən Stiven Paddokun evində 18 ədəd odlu silah, partladıcı maddə və patronlar aşkarlanıb.

Bunu Las-Veqasın şerifi Cosef Lombardo keçirdiyi mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, həmçinin cinayətkarın avtomobilindən ammonium-nitrat maddəsi tapılıb.

Qeyd edək ki, ammonium-nitrat maddəsindən bomba hazırlanmasında istifadə olunur.

CBS telekanalının məlumatına görə, 64 yaşlı Stiven Paddok altı illik evlilikdən sonra 1990-cı ildə arvadından boşanıb. Cütlüyün uşaqları olmayıb. 2015-ci ildə Meskit şəhərində (Texas ştatı) ev alan S.Paddok Meril Denli adlı qadınla birgə yaşayıb. S. Paddokla 62 qadın arasında rəsmi nikah olmayıb. Həmçinin Stiven Paddokun vaxtilə “Lockheed Martin” aerokosmik korporasiyasında işlədiyi üzə çıxıb. Şirkət artıq S. Paddokla bağlı istintaqa müvafiq xidməti sənədləri təqdim etməyə hazır olduğunu bəyan edib/APA.