XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 12:48

Şamaxıda yardıma ehtiyacı olan Amerika vətəndaşları axtarılır –Rəsmi açıqlama

  

Bu gün 06:48 radələrində ABŞ-ın 911 çağrı mərkəzindən Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinə Şamaxı rayonunda dağlıq ərazidə bir gümüş və bir qara rəngli "Nissan Patrol" markalı avtomobildə qalan xarici vətəndaşların köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

ARDDA-nın Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, yardıma ehtiyacı olan şəxslər və onların yerləşdiyi ərazinin koordinatları dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 zəng mərkəzinə ötürülüb.

Hal-hazırda mümkün vasitələrlə axtarış-xilasetmə əməliyyatları həyata keçirilməkdədir.